Tez-tez verilən suallar
ABŞ-dan avtomobil almağın üstünlükləri nələrdir?
ABŞ-dan avtomobil almağın əsas üstünlüyü qiymətlərin sərfəli olmasıdır. Burada keyfiyyətli, az yürüşlü və zəngin komplektasiyalı maşınlar əlçatandır. Hətta nəqliyyat və gömrük xərcləri əlavə olunanda belə, yerli bazarla müqayisədə 15-50% qənaət etmək mümkündür. YNH və ya digər səbəblərdən zədələnmiş avtomobillərin təmiri çox vaxt sərfəli olur.
Gürcüstandan Amerika avtomobili almağın mənfi tərəfləri nədir?
Gürcüstandan alınan Amerika avtomobillərində bir neçə risk var. Əksər maşınlar təkrar satış üçün ucuz alınır və keyfiyyətsiz təmir olunur. Həmçinin, Gürcüstan 'kukla' və 'boğulmuş' avtomobillərin əsas alıcısı kimi tanınır. Bu səbəbdən Gürcüstandan alınan maşınlar xüsusi diqqətlə yoxlanmalıdır.
Amerika hərraclarında yalnız qəzalı maşınlar satılır?
Xeyr, Amerika hərraclarında həm salamat, həm də qəzalı avtomobillər var. Qəzalı maşınlar daha sərfəli qiymətə təklif olunur və təmir xərcləri daxil olmaqla belə, yerli bazardan ucuz başa gəlir. Salamat maşınlar da almaq mümkündür, lakin bu halda qiymət fərqi 10-25% arasında olur və bəzən yerli qiymətlərdən də baha ola bilər.
Avtomobillərin yoxlanması necə aparılır?
Avtomobillər foto materiallar əsasında, Carfax və Autocheck bazalarında yoxlanılır, həmçinin sığorta şirkətindən məlumat alınır. Bundan əlavə, şirkətin xüsusi yoxlama sistemi var ki, bu da avtomobilin keyfiyyətinə zəmanət verir.
Depozit nədir və məbləği necə hesablanır?
Depozit hərraclarda tələb olunan sığorta haqqıdır. 10,000 dollar qiymətə qədər olan avtomobillər üçün 10% depozit tələb olunur. Daha yüksək məbləğlər üçün hərracdan asılı olaraq fərqli faizlər tətbiq edilir: Copart - 10%, Insurance Auto Auctions - 15%, Manheim - 20%. Əlavə olaraq hərrac rüsumu da ödənilir.
Hansı hallarda depozit geri qaytarılmır?
Depozit iki halda geri qaytarılmır: hərracda qazanılmış avtomobilin alışından imtina edildikdə və ya avtomobilin dəyəri 3 gün ərzində ödənilmədikdə. Bu halda depozit hərracın tətbiq etdiyi cərimələrin ödənilməsinə sərf olunur.
ABŞ-dan Azərbaycana çatdırılma xərcləri nə qədərdir?
Çatdırılma xərcləri 1500-2000 dollar arasında dəyişir. Qiymət avtomobilin növündən və göndərilmə məntəqəsindən asılıdır. Pikap və SUV-lar daha baha, sedan və kupelər daha ucuz daşınır. Ortalama çatdırılma müddəti 10-14 həftədir. Maşınlar əvvəlcə Poti limanına, sonra isə Bakıya çatdırılır.
Avtomobil Bakıya çatdıqdan sonra prosedur necədir?
Avtomobil Bakıya çatdıqda, sahibi şəxsən və ya etibarnamə ilə təyin edilmiş nümayəndə onu qarşılamalıdır. Texniki pasport və ödəniş sənədləri təhvil verilir. Bu sənədlər, şəxsiyyət vəsiqəsi və VÖEN ilə birlikdə gömrük rəsmiləşdirilməsi üçün brokerlərə təqdim edilir.